AZ

İsraildə ölüm hökmü təsdiqləndi Fələstinlilərə şamil ediləcək...

ain.az, Azpolitika.az portalına istinadən məlumatı açıqlayır.

İsrail parlamenti terrorçuluqla bağlı cəzalara ölüm hökmünün əlavə edilməsini nəzərdə tutan qanun layihəsini qəbul edib.

Qanun layihəsi ölkənin milli təhlükəsizlik naziri, ifrat sağçı siyasətçi İtamar Ben-Qvir tərəfindən irəli sürülüb. Sənəd parlamentdə 62 lehinə, 48 əleyhinə səslə təsdiqlənib.

İsrail mənbələrinin məlumatına görə, yeni qanuna əsasən terrorçuluqla bağlı işlərə baxan məhkəmələr bundan sonra ömürlük həbs cəzası ilə ölüm hökmü arasında seçim edə biləcəklər.

Qanunda xüsusi olaraq qeyd olunur ki, əksər təqsirləndirilən şəxslər fələstinlilərin yaşadığı İordan çayının qərb sahilindəndir, bu halda yeganə mümkün cəza ölüm hökmü olacaq.

“AzPolitika.info”

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
22
azpolitika.info

1Mənbələr