AZ

Arıqlamaq istəyən qadınlara XƏBƏRDARLIQ: Səhər yeməyini qaçırmayın

Qadınlar səhər yeməyini qətiyyən ötürməməlidirlər”

İnterpress.az xəbər verir ki, bu barədə sağlamlıq mütəxəssisləri məlumat yayıb.

Diyetoloqlar qadınların səhər yeməyindən imtina etmələrinin ciddi sağlamlıq və çəki problemlərinə yol açdığını bildirirlər.

Mütəxəssislərin fikrincə, qadınlar səhər yeməyi yemədikdə orqanizmdə stress hormonlarının səviyyəsi kəskin şəkildə yüksəlir, günorta saat ikiyə yaxın enerji səviyyəsi aşağı düşür və gecə saatlarında şirniyyata olan tələbat artır. Nəticədə, orqanizm yağ toplamağa meylli olur.

Kişilərdə isə vəziyyət fərqlidir. Mütəxəssislər qeyd edir ki, kişilər səhər yeməyi yemədikdə, testosteron hormonu orqanizmə yağları yandırmaq və onları enerji mənbəyi kimi istifadə etmək əmrini verir.

Nutrisioloqlar bu problemi aradan qaldırmaq üçün ən sadə və effektiv yolun yuxudan oyandıqdan sonra bir saat ərzində qidalanmaq olduğunu vurğulayırlar.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
49
interpress.az

1Mənbələr