Estoniya 31 mart gecəsi bir neçə dronun ərazisinə daxil olması barədə məlumat verib.
Herbiand.az xəbər verir ki, hadisə barədə Estoniya Müdafiə Qüvvələrinin Strateji Kommunikasiya Departamentinin rəisi, polkovnik Uku Arold Vikerraadio radiosunun səhər yayımında açıqlayıb.
İlkin olaraq, dronların Ukrayna mənşəli olduğu hesab edilib.
“Ukrayna Rusiyanın hərbi infrastrukturuna və müharibəni dəstəkləyən infrastrukturuna zərbələr endirir, Rusiya isə bu hücumları dəf etməyə çalışır, o cümlədən müxtəlif vasitələrdən istifadə edərək Ukrayna dronlarının işini pozur. Çox güman ki, bu gecə yoldan çıxmış Ukrayna dronları ilə qarşılaşmışıq”, - Uku Arold bildirib.
Dronlar dünən gecə həm radar stansiyaları, həm də qırıcı təyyarələr tərəfindən aşkar edilib. Ölkənin bir çox yerində həyəcan siqnalları işə düşüb. Lakin polkovnik əmin edib ki, Estoniyada heç bir obyekt vurulmayıb.
Bəxtiyar CƏFƏRLİ