AZ

Rusiyada narazılıq artır

ain.az, Cebheinfo portalına istinadən məlumat yayır.

Rusiyada Prezident Putinin xalq tərəfindən dəstəklənməsi 75 faizin üzərində qalmağa davam etdiyi halda, digər tərəfdən iqtidar partiyası olan "Vahid Rusiya"nın ictimai dəstəyi 2026-cı il ərzində ilk dəfə 30 faizin altına geriləyib.

"Cebheinfo.az" xəbər verir ki, Ümumrusiya İctimai Rəyin Öyrənilməsi Mərkəzinin (VTsIOM) 19–22 mart tarixli sorğusuna əsasən, partiyanın səs faizi 29,3-ə düşüb. Yanvar ayında bu göstərici 34,8 faiz səviyyəsində idi.

Eyni araşdırmada ikinci yeri 10,7 faizlə Rusiya Liberal Demokrat Partiyası (LDPR) tutub. "Yeni İnsanlar" partiyası 10,4 faizlə üçüncü yerə gerilədiyi halda, Kommunist Partiyası 9,7 faiz dəstək qazanıb. "Ədalətli Rusiya"nın səs faizi isə 5,8 olaraq ölçülüb.

Lakin Rusiyanın nüfuzlu “Vedomosti” nəşrinin xəbərinə görə, fərqli araşdırma şirkətləri mənzərəyə dair fərqli nəticələr ortaya qoyur.

FOM-un (ФОМ - "Фонд Общественное Мнение") eyni dövrə aid məlumatlarına görə, "Vahid Rusiya"nın dəstəyi 41 faizə yüksəlib.

Bu fərq həftəlik sorğuların gündəm təsirinə daha açıq olması ilə izah edilir. Ekspertlər aylıq ölçmələrin daha balanslı nəticələr verdiyini bildirirlər.Araşdırmalar son dövrdə cəmiyyətdə narazılıq və qayğı səviyyəsinin artdığına işarə edir.

FOM məlumatlarına görə, rəsmilərə qarşı məmnuniyyətsizlik 27 faizə çataraq son bir ilin ən yüksək səviyyəsinə yüksəlib. Eyni zamanda, cəmiyyətdəki ümumi qayğı nisbəti fevralın ortalarından bəri 39 faizdən 43 faizə qalxıb. İnternet məhdudiyyətləri, qiymət artımları və iqtisadi problemlər bu tendensiyanı bəsləyən əsas amillər arasında göstərilir.

Ekspertlər müsbət gündəmin olmamasının siyasi dəstək üzərində təzyiq yaratdığını ifadə edirlər. Artan inflyasiya, iş dünyasının qarşılaşdığı çətinliklər və rəqəmsal məhdudiyyətlər seçici davranışına təsir edən faktorlar arasında yer alır. 

Analitiklərə görə, seçkilər yığılmış ictimai narahatlığın ifadə edilməsi üçün fürsət yarada bilər. Lakin mövcud şəraitdə əsas hədəfin iqtidarın mövcud mövqeyini yenidən təsdiq etmək olduğu qiymətləndirilir.

Nigar Hacılı 

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
22
1
cebheinfo.az

2Mənbələr