AZ

Qardaşını öldürən şəxs barəsində cinayət işi başlandı

Bakıda şəxsin qəsdən öldürülməsi faktı ilə bağlı cinayət işi başlanıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə Baş Prokurorluq məlumat yayıb

Martın 30-da paytaxtın Xəzər rayonu, Şağan qəsəbəsi ərazisində 1985-ci il təvəllüdlü Qamət Teymurovun öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

İlkin araşdırmalarla 1990-cı il təvəllüdlü Qismət Teymurovun aralarında yaranmış mübahisə zamanı Qamət Teymurovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Xəzər rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır. Qismət Teymurov iş üzrə prokurorluq tərəfindən şübhəli şəxs qismində tutulub.

Seçilən
37
3
ucnoqta.az

10Mənbələr