"Barselona" baş məşqçi Hans-Diter Fliklə müqaviləni yeniləyib.
Apasport.az xəbər verir ki, bu barədə insayder Nikolo Şkira məlumat yayıb.
Tərəflər arasında razılıq əldə olunub. Almaniyalı mütəxəssislə yeni müqavilə 2028-ci ilin yayına qədər nəzərdə tutulub.
Flikin hazırkı sözləşməsi gələn ilin iyun ayına qədər idi.
Qeyd edək ki, "Barselona" 29 turdan sonra İspaniya çempionatının turnir cədvəlində 73 xalla liderdir.
DÇ-2026: Türkiyə tarixi oyuna çıxır - YENİLƏNİR
Lukakudan “Napoli” qərarı
Kazemiro Messi ilə komanda yoldaşı ola bilər
İngiltərə millisinin sabiq üzvü V Liqa klubunda - RƏSMİ
“Real”ın yetirməsi İtaliya yolunda