AZ

“E-məhkəmə”də PROBLEM- Vəkillər NARAZIDIR

Məsələ ilə bağlı vəkil Aqil Layıc Ajans.az-a açıqlama verib.  O bildirib ki, əvvəlki sistem daha əlverişli olub. Effektivliyi də yaxşı idi. Lakin indi “labirint”ə bənzəyir. Bununla bağlı bir çox vəkil narazılıq edib.  Vəkillərə məxsus panel artıq bərbad haldadır.  Mövzuya aydınlıq gətirmək üçün Məhkəmə-Hüquq Şurası ilə əlaqə saxladıq.  Qurumun mətbuat xidmətindən bizə bildirildi ki, problemdən xəbərdardırlar. 

“Vəkillərin hazırki, platformada rahat və sərbəst fəaliyyəti üçün mühüm addımlar atılır. Video-formatda vəkillərə proses haqqında ətraflı təlimlər keçiriləcək. Həmçinin, sistemin quruluşunda da yenilənmə mövcuddur.” deyə, məlumatda əks olunub.

Seçilən
39
Ajans.az

1Mənbələr