AZ

Azərbaycan millisinin Avropa çempionatındakı oyun təqvimi açıqlandı

Minifutbol üzrə Azərbaycan milli komandasının Avropa çempionatının həlledici final mərhələsindəki oyun təqvimi açıqlanıb.
 
Moderator.az xəbər verir ki, baş məşqçi Elşad Quliyevin rəhbərlik etdiyi yığmamız F qrupundakı mübarizəsinə Avstriya ilə oyunla başlayacaq.
 
Bu qarşılaşma mayın 28-də yerli vaxtla saat 13:30-da baş tutacaq.
 
Təqvimə əsasən, Azərbaycan seçməsi ertəsi gün - mayın 29-da saat 15:45-də İtaliya yığması ilə, mayın 30-da saat 13:15-də isə Fransa komandası ilə gücünü sınayacaq.
 
Xatırladaq ki, qitə birinciliyinin final mərhələsi mayın 27-dən iyunun 4-nə qədər Slovakiyanın paytaxtı Bratislava şəhərində keçiriləcək.
 
Seçilən
31
1
moderator.az

2Mənbələr