AZ

Çindən İsrail və ABŞ-yə ÇAĞIRIŞ

"Vaşinqton və Təl-Əviv İrandakı tarixi yerlərin dağıdılmasını dərhal dayandırmalıdır". 

“Cebheinfo.az” xarici mediaya istinadən xəbər verir ki, bunu Çin Xarici İşlər Nazirliyinin sözçüsü Mao Ninq Pekində keçirilən brifinqdə bildirib.

Diplomat vurğulayıb ki, YUNESKO-nun siyahısına daxil olan tarixi ərazilər də daxil olmaqla, dağıntılardan dərin kədər duyulur. O, müharibə edən tərəfləri mümkün qədər tez danışıqlara başlamağa və müharibəyə son qoymağa çağırıb.

Mao Ninq əlavə edib ki, bu münaqişə heç vaxt baş verməməli idi və Çin hərbi əməliyyatların dərhal dayandırılmasında, diplomatik həll yoluna qayıtmaqda israrlıdır.

Qeyd edək ki, daha əvvəl Çin Xarici İşlər Nazirliyinin digər sözçüsü Lin Jian da ABŞ-İran müharibəsinin Yaxın Şərqi xaosa sürükləyəcəyini və güc tətbiqinin yalnız pis bir dövrəyə səbəb olacağını bildirmişdi.

Seçilən
46
cebheinfo.az

1Mənbələr