AZ

Prezident Tokayevdən azərbaycanlı fəal Elmir Şahsuvarova ŞƏXSİ TƏŞƏKKÜR

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Aktau şəhərində yaşayan azərbaycanlı ictimai fəal Elmir Şahsuvarova təşəkkür edib.

Musavat.com xəbər verir ki, dövlət başçısı soydaşımıza Qazaxıstanın yeni Konstitusiya layihəsi üzrə ümumxalq referendumunun hazırlanması və keçirilməsində fəal iştirakına görə rəsmi təşəkkür məktubu göndərib.

Məktubda qeyd olunur ki, həyata keçirilən konstitusiya islahatları vətəndaşların hüquq və azadlıqlarının qorunmasını əhəmiyyətli dərəcədə gücləndirəcək, idarəetmə modelini yeniləyəcək və ölkənin inkişafına yeni təkan verəcək.

Tokayev, həmçinin Elmir Şahsuvarovun bilik və təcrübəsinin Qazaxıstanın inkişafına bundan sonra da töhfə verəcəyinə əminliyini ifadə edib.

Prezidentin təşəkkür məktubunu Qazaxıstanın keçmiş idman naziri, hazırda Manqistau vilayəti icra hakimiyyəti başçısının birinci müavini Askad Oralov təqdim edib.

Qeyd edək ki, Elmir Şahsuvarov ötən ilin noyabr ayında Qazaxıstanda xeyriyyəçilik fəaliyyətinin inkişafına verdiyi töhfəyə görə Qazaxıstan Xalqları Assambleyasının “Jomart Jan” fərqlənmə nişanı ilə təltif olunub.

Musavat.com

Seçilən
41
musavat.com

1Mənbələr