AZ

“Rəqibin kimliyindən asılı olmayaraq, qələbə vacibdir və komandaya özünəinam qazandırır”

“İlk növbədə milli komandamızı və məşqçilər heyətini bu turnirin qalibi olması münasibətilə təbrik edirəm. Qələbə, rəqibin kimliyindən asılı olmayaraq, çox vacibdir və komandaya özünəinam qazandırır.
Bilirik ki, bu turnir FİFA-nın tövsiyəsi ilə keçirilir və iştirakçıları da FİFA özü müəyyənləşdirir. Bu iki oyunda bir sıra ilklər yaşandı. Millimiz ilk dəfə olaraq Afrika qitəsindən olan komanda ilə qarşılaşdı. Həmçinin futbol tariximizdə ən böyükhesablı qələbəni qazandı”.

Bu sözləri İdmanxeber.az saytına Azərbaycan millisinin sabiq üzvü Zaur Həşimov yığmamızın  “FIFA Series-2026” turnirinin qalib olması barədə danışarkən deyib. O, daha sonra belə davam edib:

“Syerra Leone kifayət qədər yaxşı komandadır. Heyətində Avropanın aparıcı çempionatlarında çıxış edən oyunçular var və onlara qarşı oyun millimiz üçün heç də asan olmadı. Sent Lusiya millisi ilə görüş isə daha çox hücum şəraitində keçdi və böyük hesablı qələbə qazandıq. Xatırladaq ki, millimiz bir ildən çox idi qələbəyə həsrət qalmışdı. Bu baxımdan, həmin oyunun da bizim üçün faydalı tərəfləri oldu.

Bu turnirə insanların fikirləri və yanaşmaları fərqli ola bilər. Ancaq məşqçilərin və futbolçuların qarşısına konkret məqsəd qoyulur. Onlar rəqibin kimliyindən asılı olmayaraq meydana çıxıb öz işlərini peşəkarcasına yerinə yetirməlidirlər. Bir daha qeyd edim ki, bu komandalar FIFA-nın təyinatı ilə Bakıya gəliblər”.

Z.Həşimov Azərbaycan millisinin Milətlər Liqasında da uğurlu çıxış etməli olduğunu bildirib:

“Millətlər Liqasındakı oyunlara gəlincə, qısa desək, düşünürəm ki, həm Lixtenşteyn, həm də Litva komandalarını məğlub etməliyik. İnanıram ki, komandamız bunu bacaracaq və yenidən C Liqasına qayıdacaq”.

Həsən Quluzadə

Seçilən
56
35
idmanxeber.az

10Mənbələr