AZ

''Qalatasaray''ın ulduzu fit sədaları altında məhsuldar ötürmə verdi

Dünən növbəti yoldaşlıq oyunları keçirildi. Almaniya Ştutqart şəhərində Qana ilə qarşılaşdı.

Meydan sahibləri çətinliklə də olsa, 2:1-lik qələbə qazandılar. Bundestimin heyətində Kai Haverts fasilə ərəfəsində penaltidən fərqləndisə, qələbə qolunu 88-ci dəqiqədə Dəniz Undav vurdu. Qananın yeganə qolunu isə 70-ci dəqiqədə Abdul Fatavu vurdu.

Sanenin yığma komandada yer alması hələ də Almaniya futbol ictimaiyyəti tərəfindən birmənalı qarşılanmır. Onun baş məşqçi Yulian Naqelsmann tərəfindən yığmaya çağırılması Ditmar Hamann və Mario Basler kimi sabiq ulduzların narazılığına səbəb olmuşdu. Qana ilə oyunda Sane 78-ci dəqiqədə böyük fit sədaları altında oyuna daxil oldu. Buna baxmayaraq ''Qalatasaray''ın üzvü son anlarda vurulan qələbə qolunda yaxından iştirak edərək aktivinə məhsuldar ötürmə yazdı.

Oyunsonrası mətbuat konfransında Naqelsmanna təbii ki, yenə Sanenin oyunu və durumu haqda sual verildi. 38 yaşlı mütəxəssis bunları dedi:

''Sanenin fitə basılması axmaqlıqdı. Bunun nə üçün edildiyini anlamıram. Biz indi ölkə olaraq uğura inanmalı və köklənməliyik. ABŞ-a bölünmüş şəkildə yox, məhz bu cür şəkildə yollanmalıyıq. Ona görə də Sanenin fitə basılması qətiyyən doğru deyil. İsveçrə ilə oyundakı performansı yetərli deyildi. Bunu bu günkü oyundan öncə onun özünə də dedim. Bu gün meydana çıxdıqdan sonra faydalı işlər gördü. Problem yoxdu. Leroy sağlam olduğu bu müddətdə bu komandada yer alacaq! Bəzi oyunçular isə hələ də özlərini göstərməlidilər. Məşqdə üzərində çox çalışan və oynamağa layiq olan futbolçular var''.
Seçilən
4
1
football-plus.az

2Mənbələr