AZ

Bu məşqlər yuxunuYAXŞILAŞDIRIR

Sleep and Biological Rhythms jurnalında dərc olunan araşdırmaya əsasən, yoqa digər fiziki aktivlik növləri ilə müqayisədə yuxu problemlərinin aradan qaldırılmasında daha effektiv ola bilər.

Redaktor.az bu barədə xarici mediaya istinadla xəbər verir.

Çinin Harbin İdman Universitetinin Harbin Sport University alimləri tərəfindən aparılan tədqiqatda 30 randomizə edilmiş klinik sınağın məlumatları təhlil edilib. Araşdırmaya müxtəlif ölkələrdən yuxu problemi olan 2500-dən çox insan cəlb olunub. Təhlil zamanı yerimə, güc məşqləri, aerobik hərəkətlər, eləcə də çiqonq və tayçi kimi ənənəvi praktikalara baxılıb.

Nəticələrə görə, ən yaxşı göstərici yoqa ilə əldə olunub. Xüsusilə həftədə iki dəfə, 30 dəqiqəyədək davam edən yüksək intensivlikli yoqa məşqləri daha effektiv hesab edilib. Mütəxəssislər bildirirlər ki, bu rejimdə yuxuda yaxşılaşma 8-10 həftə ərzində müşahidə olunur.

İkinci yerdə yerimə, onun ardınca isə güc məşqləri qərarlaşıb. Tədqiqatda qeyd olunur ki, təkcə məşqin müddəti deyil, həm də növü yuxu keyfiyyətinə təsir göstərən əsas amillərdəndir.

Alimlər yoqanın yuxuya təsir mexanizminin tam aydın olmadığını bildirirlər. Bununla belə, yoqanın fiziki hərəkətləri nəfəs texnikaları ilə birləşdirməsi parasimpatik sinir sistemini aktivləşdirir ki, bu da orqanizmin rahatlamasına və bərpasına kömək edir. Eyni zamanda, bəzi məlumatlar yoqanın beyin dalğalarının aktivliyinə təsir edərək daha dərin yuxuya şərait yaratdığını göstərir.

Araşdırma müəllifləri vurğulayırlar ki, əldə olunan nəticələr ümidverici olsa da, təsirin daha dəqiq qiymətləndirilməsi və mexanizmlərin tam anlaşılması üçün əlavə elmi tədqiqatlara ehtiyac var. Mütəxəssislər həmçinin qeyd edirlər ki, yuxu problemlərinin aradan qaldırılması üçün universal bir həll yoxdur və müxtəlif fiziki aktivlik növləri insanlara fərqli şəkildə təsir göstərə bilər.

Nuriyyə NATİQQIZI

Seçilən
36
1
redaktor.az

2Mənbələr