AZ

ABŞ İsfahanda sursat anbarını vurdu

ain.az xəbər verir, Cebheinfo saytına əsaslanaraq.

ABŞ silahlı qüvvələri İsfahanda böyük bir sursat anbarına zərbə endirib.

“Cebheinfo.az”-ın məlumatına görə, “The Wall Street Journal” qəzeti rəsmi mənbələrə istinadən belə yazıb.

Bildirilir ki, anbar iki min funtluq (907 kq) bunker dağıdan bombalarla partladılıb. 

Xatırladaq ki, bu yaxınlarda ABŞ Prezidenti Donald Tramp “Truth Social” sosial şəbəkəsində İsfahanda baş verən güclü partlayışları əks etdirən video paylaşmışdı.

Müşfiq Abdulla 

“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
29
1
cebheinfo.az

2Mənbələr