AZ

İrana qarşı hərbi əməliyyat başlayandan bəri İsraildə zərərçəkənlərin sayı 6 131-ə yüksəlib

İrana qarşı ABŞ-İsrail birgə hərbi əməliyyatının başlanmasından bəri İsraildə zərərçəkənlərin sayı 6 131-ə çatıb.

"Report" xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyinin sosial şəbəkələrdəki məlumatında bildirilib.

Qeyd olunub ki, hazırda İsrail xəstəxanalarında 118 nəfər müalicə alır, onlardan 18-i ağır vəziyyətdədir.

Qurumda bildirilib ki, fevralın 28-dən İsrail Müdafiə Ordusunun həlak olan hərbi qulluqçularının sayı 10-a çatıb.

Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyatlara başlayıb. Nəticədə İranın ali rəhbəri ayətullah Əli Xamenei və bir sıra yüksək vəzifəli şəxslər öldürülüb. Bundan sonra İran İsraillə yanaşı, ABŞ və müttəfiqlərinin hərbi bazalarının yerləşdiyi Səudiyyə Ərəbistanı, Qətər, Birləşmiş Ərəb Əmirlikləri, Oman, Bəhreyn, İraq və Kiprdə müəyyən etdiyi hədəflərə zərbələr endirməyə başlayıb.

Seçilən
9
1
far.az

3Mənbələr