AZ

“Real”ın oyunçusu sıraya döndü

Ferlan Mendinin səhhəti ilə bağlı növbəti xəbər yayılıb.

"Football-plus.az" xəbər verir ki, “Real”ın müdafiəçisi zədəsini sağaldıb. İnsayder Fabritsio Romanonun məlumatına görə, 30 yaşlı futbolçu artıq məşqlərə başlayıb. O, milli komandaların matçları ilə əlaqədar yaranan fasilədən sonra rəsmi oyunda meydana qayıdacaq.

Xatırladaq ki, Ferland martın əvvəlində Çempionlar Liqasının 1/8 final mərhələsinin “Mançester Siti”yə qarşı ilk oyununda zədələnmişdi. O, bu mövsüm cəmi 5 oyunda iştirak edib. Bu isə fransız futbolçunun mövsümdə 4 dəfə zədə almasıyla bağlıdı.

Seçilən
20
1
football-plus.az

2Mənbələr