AZ

Ölkədə daşınmaz əmlakın yalnız 15-20%-i sığortalanıb - QHT sədri

Ölkədə yağıntılar evlərə əmlaklara ciddi fəsadlar yaradır. Ötən illərdə belə hadisələr baş verməsinə baxmayaraq, əmlak sığortası 2025-ci ilin müvafiq dövrü ilə müqaisədə cəmi 8% artmışdır. Əslində təkrarlanan hallar üçün böyük artım sayıla bilməz.

QHT.az xəbər verir ki, bu sözləri İqtisadi və Sosial Araşdırmalara Yardım İctimai Birliyinin sədri Eyyub Kərimli bildirib. Onun sözlərinə görə, baş verən təbii hadisələrdən insanlarımız niyə nəticə çıxarmaq istəmir? Ev almaq və ya inşa etdirmək ən azından 50-100 min manatdan çox vəsait tələb edir. Bəs bu qədər vəsait xərcləndiyi zaman həmin mülkün təhlükəsizliyinə niyə ildə 50-100 manat xərcləmək istəmirik? Təbii və digər fəlakətlərə qarşı əmlak sığortasına niyə biganə yanaşırıq? Bu gün daşınmaz əmlak sahiblərinə, əsasəndə həyət evində yaşayanlara əmlak sığortası hər bir ailəni ciddi zərərlərin qarşılanmasına dəstək ola bilərdi:

"Bu problemlər daşınar əmlakların da kasco sığortasını ciddi aktuallaşdırır. Mövcud məlumatlara əsasən ölkədə daşınmaz əmlakın təxminən 15-20% sığortalanıb. Baxmayaraq ki, beynəlxalq təcrübədə bu rəqəm 70-90% təşkil edir".

 

Pərvanə Fərhadqızı

Seçilən
70
qht.az

1Mənbələr