Bakı. Trend:
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azadedilmiş ərazilərə Böyük Qayıdış prosesi davam edir. Qayıdışproqramı çərçivəsində bu mərhələdə Xocavənd şəhərinə 64 ailə,ümumilikdə 253 nəfərdən ibarət köç karvanı yola salınıb.
Trend-inQarabağ bürosunun məlumatına görə, köçürülən ailələr respublikanınmüxtəlif bölgələrində, əsasən yataqxana, sanatoriya və inzibatibinalarda müvəqqəti məskunlaşmış məcburi köçkünlərdir.
Doğma yurda qayıdan sakinlər onlara göstərilən yüksək dövlətqayğısına görə minnətdarlıqlarını ifadə ediblər. Onlar Prezidentİlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevayatəşəkkürlərini bildiriblər.
Sakinlər həmçinin torpaqların işğaldan azad olunması uğrundagöstərilən şücaətə görə Azərbaycan Ordusunun əsgər və zabitlərinəminnətdarlıqlarını ifadə edib, Vətən uğrunda canından keçənşəhidlərə rəhmət diləyiblər.
Xəbər yenilənəcək