DÇ-2026-nın Avropa zonası pley-off finalında Türkiyə millisi bu gün Kosovo ilə üz-üzə gələcək.
İdmanxeber.az-ın məlumatına görə, görüş öncəsi “ay-ulduzlular”ın qaldığı otelin ətrafında Kosovo azarkeşləri atəşfəşanlıq edərək komandanın istirahətinə mane olublar.
Sosial şəbəkələrdə paylaşılan görüntülər xeyli müzakirələrə səbəb olub.
Qarşılaşma Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.