AZ

Yumurta sağlamlıq üçün vacibdir -Həkim

Həkim-endokrinoloq Marqarita Belousova  bildirib ki, yumurtalar insan orqanizmi üçün bir çox zəruri qida maddələrini ehtiva edir.

Redaktor.az xəbər verir ki, mütəxəssis bu haqda lenta.ru-ya danışıb.

“Yumurtanın ağı bütün doqquz zəruri amin turşusunu ehtiva edir. Bədən bu turşuları özü əmələ gətirə bilmir, amma hüceyrələrin qurulması və yenilənməsi üçün onlar vacibdir”, – deyə endokrinoloq qeyd edib.

Həkim əlavə edib ki, yumurtada həmçinin bir sıra vitaminlər var: A vitamini (dəri və görmə üçün), B vitamini (sinir sistemi üçün), E vitamini (hüceyrələri sərbəst radikallardan qoruyur) və D vitamini (immun sistemi üçün vacibdir).Bundan əlavə, yumurtada mühüm mikroelementlər də mövcuddur: holin, selenium, sink və dəmir. Həkim izah edib ki, bu maddələr beynin, immun sisteminin və qan əmələgətirmə sisteminin normal işləməsi üçün zəruridir.

Aytəkin TOFİQQIZI

Seçilən
22
redaktor.az

1Mənbələr