AZ

Palm Biç hava limanı Donald Trampın adınıDAŞIYACAQ

Florida qubernatoru Palm Biçdəki hava limanının adını ABŞ Prezidenti Donald Trampın şərəfinə dəyişdirən qanun layihəsini imzalayıb.

Redaktor.az xəbər verir ki, "CBS News" agentliyi məlumat yayıb.

Bildirilib ki, ABŞ prezident iqamətgahının yaxınlığında yerləşən Palm Biç hava limanı bundan sonra "Donald Tramp Beynəlxalq Hava Limanı" adlanacaq. Qanunun iyulun 1-də qüvvəyə minməsi planlaşdırılır.

Federal Aviasiya Administrasiyası qeyd edib ki, hava limanının adının dəyişdirilməsi yerli məsələdir və administrasiya adının dəyişdirilməsini təsdiqləmir. Lakin naviqasiya xəritələrini və məlumat bazalarını yeniləmək də daxil olmaqla müəyyən inzibati tapşırıqları yerinə yetirməlidir.

Qeyd olunub ki, Donald Trampın ailəsinə məxsus "Trump Organization" şirkəti fevral ayında adının dəyişdirilməsi üçün müraciət edib.

Aminə ŞAHSUVARQIZI

Seçilən
32
1
redaktor.az

2Mənbələr