AZ

Bakıdakı bu yol hər an çökə bilər FOTO

Milli.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

Qaradağ rayonu Çeyildağ qəsəbəsinə aparan yolda problem yaranıb.

Milli.Az xəbər verir ki, qəsəbəni paytaxtla birləşdirən yolun bir hissəsində çuxurlar əmələ gəlib.

Sakinlərin sözlərinə görə, sözügedən ərazi İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin fəaliyyət sahəsinə daxildir. Həmin yolun altından Qəbələ su kəməri, eləcə də Çeyildağ qəsəbəsini su ilə təmin edən xətt keçir. Su xəttində yaranmış sızmanın aradan qaldırılması məqsədilə aparılan qazıntı işlərindən sonra yol yararsız vəziyyətə düşüb.

Sakinlər bildirirlər ki, yolun bu vəziyyətə düşməsinin səbəbi tam aydın deyil. Ehtimal olunur ki, ya su sızması davam edir, ya da qazıntıdan sonra yol örtüyü lazımi qaydada bərpa olunmayıb.

Səkinə Yusifova

Milli.Az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
7
3
news.milli.az

4Mənbələr