AZ

Ararat Mirzoyan və arvadı dəbdəbəli həyat tərzi sürür

ain.az, Modern.az portalına istinadən məlumat verir.

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan dəbdəbəli həyat tərzi sürür.Modern.az xəbər verir ki, bu iddia ilə Ermənistan KİV-i çıxış edib.Red Line teleqram kanalı yazıb ki, Ararat Mirzoyan kifayət qədər dəbdəbəli həyatı ilə seçilir.

"Mirzoyan bahalı paltarlar geyinir: elit Brunello Cucinelli brendindən yun gödəkçə, Avropa onlayn mağazalarında qiyməti 5955 dollar və ya 2 milyon dramdan çox olan jilet və s...”Bildirilir ki, hakimiyyətə gələnə qədər o, artıq təxminən 112 milyon dram dəyərində elit daşınmaz əmlak almağı bacarmışdı. Məlumata görə, 2024-cü ildə Mirzoyanın həyat yoldaşı Qohar Abajyan Almaniyanın Michael Schmidt avtomobil satıcısından 39.405,46 avroya 2024-cü il BMW avtomobili alıb.

"Maraqlıdır, təxminən 4 illik erməni təqaüdçüsünün pensiyası dəyərində jilet geyinən Ararat Mirzoyan nə düşünür: Ermənistanda korrupsiya varmı, yoxsa yox? Yoxsa o, bu jileti kreditlə alıb?", – deyə mətbuat xarici işlər naziri haqda sual edib.Nazirin Avropada ailəvi istirahətdən çəkilən şəkilləri dəfələrlə erməni sosial şəbəkələrində müzakirələrə səbəb olub.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
44
modern.az

1Mənbələr