AZ

Vaşinqton Polşadan Patriot sistemlərini Yaxın Şərqə göndərməyi istəyib

ain.az, Xalqcebhesi saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Vaşinqton Varşavaya Polşa ordusunun sərəncamında olan iki "Patriot" batareyasından birini Yaxın Şərqə köçürməyi təklif edib.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə "Rzeczpospolita" qəzeti məlumat yayıb.

Nəşrin məlumatına görə, Amerika tərəfi hələlik qeyri-rəsmi şəkildə Polşa hərbçiləri ilə bu məsələdə "nəbz yoxlamağa" çalışıb. Bundan əlavə, qəzet iddia edir ki, xahiş həm də "Patriot" sistemləri üçün istifadə olunan PAC-3 MSE raketlərinə də şamil edilib.

Qeyd olunur ki, Vaşinqtondan hələlik rəsmi xahiş daxil olmayıb. Öz növbəsində, Polşa Müdafiə Nazirliyinin mətbuat katibi Yanuş Seymey qeyd edib ki, "amerikalılar heç bir halda bu məsələlərlə bağlı təzyiq göstərmirlər".

Məryəm Quliyeva

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
15
1
icma.az

2Mənbələr