AZ

“Gömrük pozuntuları ciddi cərimələrə səbəb olur” ŞƏRH

ain.az, Gununsesi portalına istinadən məlumatı açıqlayır.

Azərbaycan Respublikasında gömrük brokeri (gömrük təmsilçisi), səlahiyyətli iqtisadi operator və ya gömrük daşıyıcısı kimi fəaliyyət göstərən şəxslər üçün qanun pozuntularının ciddi nəticələri var.

Gununsesi.info-ya danışan hüquqşünas Esmira Rzayeva vəzifəli və fiziki şəxslərin diqqətli olmalarını tövsiyə edib.

“Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 509-cu maddəsinə əsasən:

Gömrük qanunvericiliyinin tələblərini pozmaqla gömrük brokeri, səlahiyyətli iqtisadi operator və ya gömrük daşıyıcısı kimi qanunsuz fəaliyyət göstərən şəxslər 500–1000 manat məbləğində cərimə olunurlar.

Gömrük brokeri, səlahiyyətli iqtisadi operator və ya gömrük daşıyıcısı qanunla qorunan sirlərdən və məlumatlardan şəxsi məqsədləri üçün istifadə edərsə, yaxud üçüncü şəxslərə təqdim edərsə, vəzifəli şəxslər 300–500 manat, hüquqi şəxslər isə 1000–1500 manat məbləğində cərimə olunurlar“.

Esmira Rzayeva bildirib ki, bu qanunvericilik pozuntuları yalnız maliyyə sanksiyaları ilə məhdudlaşmır, həm də peşə nüfuzuna və gələcək fəaliyyət imkanlarına mənfi təsir göstərə bilər.

Hüquqşünas, gömrük fəaliyyətində olan bütün şəxslərin qanunvericiliyə ciddi riayət etmələrinin vacibliyini vurğulayıb.

Firuzə

Gununsesi.info

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
20
icma.az

1Mənbələr