ain.az bildirir, Modern.az portalına istinadən.
Dövlət Sərhəd Xidməti (DSX) Xüsusi Məktəbinin V sinfinə qəbul imtahanı aprelin 5-də keçiriləcək.
Bu barədə Modern.az-a Dövlət İmtahan Mərkəzindən (DİM) məlumat verilib.Şagirdlər və ya onların valideynləri “İmtahana buraxılış vərəqəsi”ni DİM-in internet saytından çap edə bilərlər.
Buraxılış vərəqəsində imtahanın keçiriləcəyi şəhər (rayon), bina, zal, başlanma vaxtı və şagirdin imtahan binasına gəlmə vaxtı qeyd olunub.
Şagirdlər imtahana aşağıdakı sәnәdlәri gәtirmәlidirlər:
- şәxsiyyәt vәsiqәsini (vəsiqədə şəkli olmayan şagirdlər tәhsil aldıqları tәhsil müәssisәsi tәrәfindәn verilәn arayışı (arayışa şagirdin 3x4 ölçülü şәkli yapışdırılır vә şәkil möhürlә tәsdiqlәnir));
- imtahana buraxılış vәrәqәsini.
İmtahan qaydalarına aid “Yaddaş kitabçası” ilə buradan tanış olmaq mümkündür.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.