AZ

Azərbaycan neftinin qiyməti 128 dolları keçib

Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 3,81 ABŞ dolları və ya 3,07 % artaraq 128,05 ABŞ dolları təşkil edib.

Ölkə.az-ın hərracların nəticələrinə istinadən məlumatına görə, "Brent" markalı neftin may fyuçerslərinin qiyməti 123,49 ABŞ dolları təşkil edib.

Türkiyənin Ceyhan limanında FOB bazasında "Azeri Light" markalı Azərbaycan neftinin bir barelinin qiyməti 3,61 ABŞ dolları və ya 3,07 % artaraq 121,05 ABŞ dolları təşkil edib.

Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 65 ABŞ dollarından hesablanıb.

Seçilən
33
18
olke.az

10Mənbələr