AZ

31 Mart Soyqırımı: Tarixin qanlı səhifəsi və milli yaddaşımızın silinməz izi MƏQALƏ

Sia Az saytından alınan məlumata görə, ain.az bildirir.

31 Mart soyqırımı xalqımızın yaddaşına qanla yazılmış ən faciəli hadisələrdən biridir. 1918-ci ilin mart-aprel aylarında erməni silahlı dəstələri və bolşevik qüvvələrinin iştirakı ilə Bakı şəhərində və Azərbaycanın müxtəlif bölgələrində minlərlə günahsız azərbaycanlı xüsusi qəddarlıqla qətlə yetirilmiş, yaşayış məntəqələri yerlə-yeksan edilmiş, mədəni və dini abidələr dağıdılmışdır. Bu hadisələr yalnız fiziki məhv etmə aktı deyil, eyni zamanda xalqın milli kimliyinə, tarixinə və mənəvi dəyərlərinə qarşı yönəlmiş planlı soyqırımı siyasətinin tərkib hissəsi idi. 1918-ci ilin mart hadisələri Bakı ilə məhdudlaşmamış, Şamaxı, Quba, Qarabağ, Zəngəzur, Naxçıvan və digər bölgələrdə də geniş miqyas almışdır. Xüsusilə Şamaxıda yüzlərlə kənd dağıdılmış, minlərlə insan amansızcasına öldürülmüş, məscidlər və tarixi abidələr yandırılmışdır. Quba qəzasında isə kütləvi məzarlıqların aşkarlanması bu soyqırımın miqyasını vədəhşətini bir daha sübut etmişdir. Tarixi mənbələr göstərirki, həmin dövrdə qadınlar, uşaqlar və qocalar belə amansızlıqla qətlə yetirilmiş, heç bir humanitar norma və dəyər nəzərə alınmamışdır. Bu faciənin əsas məqsədi Azərbaycan torpaqlarında etnik təmizləmə aparmaq, yerli əhalini qorxu və zorakılıq yolu ilə sıxışdıraraq regionda demoqrafik vəziyyəti dəyişmək idi. Hadisələrin arxasında duran qüvvələr yalnız hərbi deyil, eyni zamanda ideoloji vəsiyasi məqsədlər güdürdü. Xalqımızın milli varlığına qarşı yönəlmiş bu hücumlar uzun illər müxtəlif səbəblərdən lazımi siyasi və hüquqi qiymətini alabilməmişdir​​​​.Yalnız Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra bu faciəyə obyektiv qiymət verilməsi istiqamətində mühüm addımlar atılmışdır. Ümummilli Lider Heydər Əliyevin 1998-ci ildə imzaladığıfərmanla 31 Mart Azərbaycanlıların Soyqırımı Günü elanedilmiş və bu hadisələrin beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində sistemli işlərə başlanılmışdır. Bu qərar tarixi ədalətin bərpası və xalqımızın yaddaşınınqorunması baxımından mühüm əhəmiyyət kəsb edir.​​​​​​​Bu gün 31 Mart soyqırımı həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində həyata keçirilən ardıcıl siyasət Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə daha da geniş vüsət almışdır. Dövlət başçısının təşəbbüsü ilə tarixi faktların beynəlxalq səviyyədə tanıdılması, arxiv materiallarının araşdırılması və bufaciənin real mahiyyətinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində mühüm addımlar atılmışdır. Xarici ölkələrdəkeçirilən tədbirlər, konfranslar və təqdimatlar nəticəsində31 Mart soyqırımı ilə bağlı həqiqətlər daha genişauditoriyalara çatdırılır. Cənab İlham Əliyevin rəhbərliyi iləhəyata keçirilən məqsədyönlü siyasət nəticəsindəAzərbaycan həqiqətlərinin beynəlxalq müstəvidə müdafiəsidaha sistemli xarakter almışdır. Bu istiqamətdə görülənişlər yalnız tarixi ədalətin bərpasına deyil, həm də gələcəknəsillərin milli yaddaşının qorunmasına xidmət edir. Dövlətbaşçısının bu sahədəki fəaliyyəti 31 Mart soyqırımıqurbanlarının xatirəsinə göstərilən yüksək ehtiramın vətarixi həqiqətlərin unudulmaması üçün aparılan ardıcılmübarizənin bariz nümunəsidir.​31 Mart soyqırımıyalnız bir dövrün faciəsi kimi qiymətləndirilməməlidir. Bu hadisə Azərbaycan xalqına qarşı uzun illər davam edənsistemli və məqsədyönlü siyasətin tərkib hissəsi olmuşdur. Tarixi faktlar göstərir ki, bu cür qətliamlar müxtəlifmərhələlərdə təkrarlanmış, xalqımız daim təzyiq vəzorakılıqla üzləşmişdir. Məhz bu baxımdan 1918-ci ilhadisələri təkcə bir tarix deyil, bütöv bir ideoloji xəttin, etniktəmizləmə siyasətinin açıq təzahürü kimiqiymətləndirilməlidir. Bu gerçəkliklərin dərindənöyrənilməsi və dünya ictimaiyyətinə çatdırılması bu gün dəaktual olaraq qalır. Digər tərəfdən, 31 Mart soyqırımıAzərbaycan xalqının milli yaddaşının formalaşmasındamühüm rol oynayır. Bu faciə xalqımızın birliyini, vətənəbağlılığını və milli kimliyini daha da möhkəmləndirmişdir. Tarix boyu üzləşdiyimiz bu kimi ağır sınaqlar Azərbaycanxalqını zəiflətməmiş, əksinə, daha da gücləndirmiş, dövlətçilik ənənələrimizi və milli həmrəyliyimizimöhkəmləndirmişdir. Bu gün müstəqil Azərbaycanın əldəetdiyi uğurlar, ərazi bütövlüyünün bərpası və beynəlxalqarenada artan nüfuzu həm də bu tarixi sınaqlardankeçərək formalaşmış gücünnəticəsidir.​​​​​​​​​​​​Bu baxımdan 31 Mart soyqırımının anılmasıyalnız keçmişə ehtiram deyil, həm də gələcək üçün birçağırışdır. Gənc nəsil bu hadisələri dərindən bilməli, tarixifaktlara əsaslanaraq düzgün nəticələr çıxarmalıdır. Milliyaddaşın qorunması, tarixi həqiqətlərin təhrif olunmasınınqarşısının alınması və bu faciənin beynəlxalq səviyyədətanıdılması istiqamətində hər bir vətəndaşın üzərinəmühüm məsuliyyət düşür. Çünki tarixini unudan xalqgələcəyini də itirmək təhlükəsi ilə üz-üzə qalır.

YAP Qəbələ rayon təşkilatının sədri Abil Ağasəfov.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
34
1
sia.az

2Mənbələr