Hava təmizləyicilərindən gecə istifadə etmək yuxu keyfiyyətini yaxşılaşdıra və qan təzyiqini azaltmağa kömək edə bilər.
Pravda.az bildirir ki, otaqdakı havanın daha təmiz olması daha uzun və keyfiyyətli yuxu ilə əlaqəlidir. Xüsusilə HEPA filtrli cihazlardan istifadə edən şəxslərin daha uzun müddət yatdığı müşahidə olunub.
Hava çirkliliyi isə tənəffüs yollarında iltihab yaradaraq yuxunu pisləşdirə və zamanla qan təzyiqini yüksəldə bilər. Araşdırmalar göstərir ki, hava təmizləyicilərindən istifadə bu təsirləri azaldaraq təzyiqin aşağı düşməsinə səbəb ola bilər.
Qeyd: Evdə hava keyfiyyətinin yaxşılaşdırılması həm yuxu, həm də ürək-damar sağlamlığı üçün faydalı hesab olunur.
Əminə Bayramova
Tarix: 31 Mart 2026, 10:42