AZ

Salah və Silva mövsümün sonunu gözləyirlər

ain.az, Idman.biz portalına istinadən məlumatı açıqlayır.

İngiltərə Premyer Liqasının iki əsas ulduz futbolçusu - “Liverpul”un simvolu Məhəmməd Salah və “Mançester Siti”nin kreativ mühərriki Bernardu Silva mövsümün sonunda klubları ilə vidalaşmağa hazırlaşırlar.

İdman.Biz xəbər verir ki, hər iki futbolçunun gələcəyi ilə bağlı rəsmi qərarların yaxın həftələrdə açıqlanacağı gözlənilir. Salahın “Liverpul”dakı müqavilə müddətinin başa çatması və Bernardu Silvanın yeni çağırışlar axtarışında olması bu ayrılıqların əsas səbəbi kimi göstərilir.

Qeyd edək ki, Məhəmməd Salahın transfer dəyəri hazırda 30 milyon avro (60 milyon AZN), Bernardu Silvanın dəyəri isə 27 milyon avro (54 milyon AZN) civarında qiymətləndirilir. Onların karyeralarını Səudiyyə Ərəbistanı və ya İspaniya nəhənglərində davam etdirəcəyi barədə şayiələr gündəmi zəbt edib.

İdman.Biz

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
35
1
icma.az

2Mənbələr