AZ

 Ana və 3 yaşlı qızı öldü - İsmayıllıda DƏHŞƏTLİ QƏZA

İsmayıllı rayonunda ağır avtoqəza olub.


Manset.az xəbər verir ki, Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun İsmayıllı rayonunun Topçu kəndi ərazisindən keçən hissəsində Nicat Əsgərovun idarə etdiyi "VAZ-2115" markalı avtomobil yoldan çıxaraq aşıb.

Nəticədə nəqliyyat vasitəsində olan sərnişinlər - 19 yaşlı Lamiyə Qurbanova və 3 yaşlı körpə (qız) hadisə yerində ölüblər.

Həmçinin, avtomobildə olan 21 yaşlı Rahil Qurbanov, eləcə də 5 yaşlı qız və 7 yaşlı oğlan xəsarət alıblar.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.

Seçilən
0
17
manset.az

10Mənbələr