AZ

ABŞ LUKOIL-in xarici aktivlərinin satışı üçün müddəti mayadək uzadıb

ABŞ Maliyyə Nazirliyi nəzdində fəaliyyət göstərən Xarici Aktivlərə Nəzarət İdarəsi (OFAC) tərəfindən dərc olunmuş sənədə əsasən, Rusiyanın neft şirkəti LUKOIL-in xarici aktivlərinin satışı ilə bağlı danışıqların aparılması üçün verilmiş lisenziyanın müddəti 1 mayadək uzadılıb.

İlkin olaraq lisenziya 17 yanvaradək qüvvədə olub, daha sonra 1 aprelədək uzadılıb. Sənəd LUKOIL ilə “Lukoil International GmbH” və ya digər nəzarətində olan şirkətin satışı, özgəninkiləşdirilməsi və ya ötürülməsi üzrə danışıqlar aparılmasına icazə verir. “Reuters” yazır ki, hər hansı saziş üçün şərt ondan ibarətdir ki, LUKOIL əvvəlcədən heç bir vəsait almayacaq və satışdan əldə olunan bütün gəlirlər ABŞ yurisdiksiyası altında olan bloklanmış hesabda saxlanılacaq.

ABŞ 2025-ci ilin oktyabrında LUKOIL, “Rosneft” və onların bir sıra törəmə strukturlarına qarşı sanksiyalar tətbiq edib. 2026-cı ilin yanvarında LUKOIL və ABŞ investisiya fondu “Carlyle” xarici aktivləri idarə edən “Lukoil International GmbH” şirkətinin satışı üzrə ilkin razılığa gəldiklərini açıqlamışdı. Şirkət eyni zamanda digər potensial alıcılarla da danışıqlar apardığını bildirirdi.

Fevral ayında “Reuters” xəbər vermişdi ki, Səudiyyə Ərəbistanının “Midad Energy” şirkəti LUKOIL-i n aktivlərini almaq niyyəti ilə razılaşma imzalayıb.

Seçilən
16
banker.az

1Mənbələr