AZ

DİA Qazaxıstanın bir qrup dövlət qulluqçusu üçün təcrübə proqramına başlayır (FOTO)

Bakı. Trend:

31 mart – 10 aprel 2026-cı il tarixlərində AzərbaycanRespublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası(DİA) tərəfindən Qazaxıstan Respublikasının bir qrup dövlətqulluqçusu, Qazaxıstan Prezidenti yanında Dövlət İdarəçilikAkademiyasının magistrantları üçün təliim - təcrübə proqramlarıtəşkil olunacaq.

Trend xəbərverir ki, “Dövlət idarəçiliyində innovativ texnologiyalar” adlıtəlim–təcrübə proqramının açılış mərasimində çıxış edən DİA-nınrektoru, akademik Urxan Ələkbərov Azərbaycan RespublikasınınPrezidenti İlham Əliyevin həyata keçirdiyi innovativ dövlətidarəçiliyi modelinin ölkənin davamlı inkişafında mühüm roloynadığını xüsusi vurğuladı.

Qeyd olundu ki, Prezident İlham Əliyevin rəhbərliyi iləAzərbaycanda dövlət idarəçiliyində müasir texnologiyaların tətbiqi,genişmiqyaslı rəqəmsallaşma, insan kapitalının inkişafı, ekolojiyanaşmanın gücləndirilməsi və innovasiya əsaslı iqtisadi modelinformalaşdırılması istiqamətində ardıcıl və sistemli islahatlarhəyata keçirilir. Bildirildi ki, həyata keçirilən bu siyasətnəticəsində Azərbaycan regionda innovativ inkişaf modelini uğurlatətbiq edən, müasir idarəçilik texnologiyalarından geniş istifadəedən və dövlət idarəçiliyində yeni yanaşmaları effektiv şəkildətətbiq edən ölkələrdən birinə çevrilib.

Rektor qeyd edib ki, Azərbaycanın dövlət idarəçiliyi sahəsindəəldə etdiyi təcrübə beynəlxalq səviyyədə maraq doğurur və bu kimitəlim proqramları ölkələr arasında təcrübə mübadiləsiningenişlənməsinə xidmət edir.

Urxan Ələkbərov DİA ilə Qazaxıstan Respublikasının Prezidentiyanında Dövlət İdarəçilik Akademiyası arasında dərin əməkdaşlığınmövcud olduğunu, davamlı şəkildə dövlət idarəçiliyi, təhsil, elmsahələrində birgə tədbirlərin həyata keçirildiyini qeyd edib. Eynizamanda vurğulanıb ki, bu proqram iki ölkə arasında dövlətidarəçiliyi sahəsində əməkdaşlığın daha da genişlənməsinə, təcrübəmübadiləsinin gücləndirilməsinə və gələcək birgə layihələrin həyatakeçirilməsinə mühüm töhfə verəcək.

Qazaxıstan Respublikasının Azərbaycandakı fövqəladə vəsəlahiyyətli səfiri Alim Bayel tədbir iştirakçılarını salamlayaraq,Qazaxıstan və Azərbaycan arasında ikitərəfli münasibətlərin bütünsahələrdə uğurla inkişaf etdiyini bildirib. O qeyd edib ki, ikiqardaş ölkə arasında siyasi, iqtisadi, humanitar, təhsil və dövlətidarəçiliyi sahələrində əməkdaşlıq dinamik şəkildəgenişlənməkdədir.

Səfir vurğulayıb ki, dövlət idarəçiliyi sahəsində təcrübəmübadiləsi, birgə təlim proqramları və akademik əməkdaşlıqQazaxıstan ilə Azərbaycan arasında əlaqələrin inkişafında mühüm roloynayır. Onun sözlərinə görə, Azərbaycan Respublikasının Prezidentiyanında Dövlət İdarəçilik Akademiyası ilə QazaxıstanRespublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasıarasında həyata keçirilən bu proqram dövlət qulluqçularının peşəkarinkişafına, müasir idarəetmə biliklərinin artırılmasına və iki ölkəarasında əməkdaşlığın daha da möhkəmlənməsinə xidmət edir.

Qazaxıstanın səfiri öz çıxışında Qazaxıstan RespublikasınınPrezidenti Kasım-Jomart Tokayevin həyata keçirdiyi siyasi vəiqtisadi islahatlar barədə məlumat verdi. Qeyd olundu ki, PrezidentTokayevin təşəbbüsü ilə Qazaxıstanda dövlət idarəçiliyininmodernləşdirilməsi, iqtisadiyyatın şaxələndirilməsi, rəqəmsaltexnologiyaların inkişafı və sosial rifahın yüksəldilməsiistiqamətində genişmiqyaslı islahatlar həyata keçirilir. Buislahatlar Qazaxıstanın regional və beynəlxalq səviyyədə rolunudaha da gücləndirməyə, ölkənin dayanıqlı inkişafını təmin etməyəyönəlib. Səfir həmçinin Azərbaycan ilə Qazaxıstan arasında stratejitərəfdaşlıq və əməkdaşlıq münasibətlərinin Prezidentlər İlhamƏliyev və Kasım-Jomart Tokayev tərəfindən uğurla inkişafetdirildiyini vurğuladı.

Daha sonra Qazaxıstandan gələn magistrant – dövlət qulluqçularıBakıya xüsusi maraqla gəldiklərini, bu kimi proqramların davamlıolacaqlarından əminliklərini ifadə ediblər.

Xatırladaq ki, təlim proqramı çərçivəsində iştirakçılar üçündövlət idarəçiliyində rəqəmsal transformasiya, qanunvericilikfəaliyyətində rəqəmsallaşma, gender bərabərliyi siyasəti, turizmsiyasəti, ekoloji idarəetmə, insan hüquqları, dövlət suverenliyi vəbeynəlxalq münasibətlər kimi mövzularda mühazirələr və təqdimatlartəşkil olunacaq. Həmçinin, proqram çərçivəsində iştirakçılarınMilli Məclis, ASAN İnnovasiya Mərkəzi, İqtisadi İslahatlarınTəhlili və Kommunikasiya Mərkəzi, Beynəlxalq Münasibətlərin TəhliliMərkəzi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi vədigər dövlət qurumlarına səfərləri nəzərdə tutulub.

DİA
DİA
DİA
DİA
DİA
DİA
DİA
DİA
DİA
Məqalədə:
Seçilən
20
5
az.trend.az

6Mənbələr