AZ

İsrail fələstinlilər üçün ölüm hökmünü nəzərdə tutan qanunu qəbul ETDİ

Redaktor.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

İsrail parlamenti – Knesset israilliləri qətlə yetirməkdə təqsirli bilinən fələstinlilərə ölüm hökmünün tətbiqini nəzərdə tutan qanun qəbul edib.

Redaktor.az xəbər verir ki, bu barədə "Associated Press" məlumat yayıb.

Bildirilib ki, səsvermə zamanı 62 deputat qanunun lehinə, 48 deputat isə əleyhinə səs verib.

Məlumata görə, qanunun qəbulu beynəlxalq ictimaiyyət və insan haqları təşkilatları tərəfindən kəskin tənqid olunub. İfrat sağçı siyasi qüvvələr son bir ildə israillilərə qarşı millətçi cinayətlərə görə daha sərt cəzaların tətbiqi üçün bu təşəbbüsü irəli sürürdülər.

Qeyd olunur ki, İsrailin Baş naziri Binyamin Netanyahu qanun layihəsinin səsverməsi üçün şəxsən Knesset iclasında iştirak edib.

Qanuna əsasən, ölüm cəzası asılma yolu ilə icra olunacaq və Qərb Şəriyə ərazisində millətçi qətldə ittiham olunan fələstinlilərə tətbiq ediləcək. Eyni zamanda, qanun İsrail məhkəmələrinə bu ittihamlarla məhkum olunmuş İsrail vətəndaşlarına da ölüm cəzası vermək imkanı yaradır.

Hüquq mütəxəssisləri hesab edirlər ki, praktikada bu norma əsasən yəhudi deyil, fələstinli İsrail vətəndaşlarına şamil oluna bilər.

Bildirilib ki, qanun HƏMAS üzvləri də daxil olmaqla, artıq saxlanılan şəxslərə şamil edilməyəcək.

Qanunun 30 gün ərzində qüvvəyə minəcəyi qeyd olunub.

Aminə ŞAHSUVARQIZI

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
3
1
redaktor.az

2Mənbələr