Bu gün 2026-cı il dünya çempionatının sonuncu iştirakçıları müəyyənləşəcək.
Publika.az xəbər verir ki, Avropa və qitələrarası pley-off mərhələsi çərçivəsində 6 görüş keçiriləcək. Öncə "köhnə qitə"dən mundiala yollanacaq komandaların adları məlum olacaq.
Azərbaycanlı futbolsevərlərin diqqəti Kosovoda olacaq. Türkiyə millisi 24 illik dünya çempionatı həsrətinə son qoymaq üçün səfərdə sözügedən ölkənin yığması ilə üz-üzə gələcək.
Dördqat dünya çempionu İtaliya da 12 illik mundial həsrətinə son qoymağa çalışacaq. Cennaro Qattuzonun rəhbərlik etidyi milli Bosniya və Herseqovinanın qonağı olacaq.
Avropa zonasında Çexiya - Danimarka və İsveç - Polşa görüşləri də keçiriləcək. Bütün qarşılaşmalar 22:45-də başlayacaq.