AZ

Həyətlərdə və balkonlarda kabab bişirmək QADAĞAN EDİLDİ

Çoxmənzilli binaların həyətlərində və balkonlarda kabab bişirənlər cərimə olunacaq.

İnterpress.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Çoxmənzilli binaların həyətlərində, həmçinin balkonlarda və mənzillərin daxilində kabab bişirmək qadağandır. Bu qaydanı pozan şəxsləri cərimələr gözləyir.

Dövlət Dumasının tikinti və mənzil-kommunal təsərrüfatı komitəsinin sədr müavini Sergey Kolunov bildirib ki, qadağanın əsas məqsədi yanğın təhlükəsizliyini təmin etməkdir.

Deputat vurğulayıb ki, açıq alovdan istifadə etməklə kabab bişirmək yalnız yaşayış və təsərrüfat binalarından ən azı 50 metr məsafədə və bu məqsədlə xüsusi ayrılmış yerlərdə mümkündür.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
4
1
interpress.az

2Mənbələr