AZ

Xərçəng riskini azaldan sadəPƏHRİZ

Həkim Federika Amati bildirib ki, qidalanma bütün növ xərçənglərin riskinə təsir göstərir.

Redaktor.az xəbər verir ki, o, "Daily Mail"ə verdiyi müsahibədə xərçəngin qarşısını almağa kömək edən sadə pəhriz barədə danışıb.

Amati ən effektli qidalanma sisteminin balıq və bitki əsaslı pəhriz (pesketariyan pəhrizi) olduğunu, lakin az miqdarda qırmızı ət və toyuq məhsullarının da əlavə olunmasının faydalı olduğunu vurğulayıb. Onun sözlərinə görə, bu pəhriz tipik olaraq Aralıq dənizi pəhrizinə yaxındır və xroniki xəstəliklər, o cümlədən xərçəng riskinin azalması ilə əlaqələndirilir.

Həkim qeyd edib ki, xərçəngin profilaktikası üçün gündəlik qida rasionuna ən azı üç porsiya tam taxıllı məhsullar, beş və ya daha çox porsiya müxtəlif tərəvəz və meyvələr daxil edilməlidir. Həmçinin omeqa-3 yağ turşuları ilə zəngin qidalar – yağlı balıq, kətan toxumu və qoz – müntəzəm olaraq istehlak edilməlidir.

Mütəxəssis əlavə edib ki, rasionda paxlalılar – lobya, mərcimək və digər paxlalılar – həmçinin müvafiq miqdarda toyuq və bəzən qırmızı ət olmalıdır.

“Belə müxtəliflik bağırsağın zəngin və müxtəlif mikrobiomunu qorumağa kömək edir ki, bu da immun reaksiyaların tənzimlənməsində vacib rol oynayır,” – deyə həkim izah edib. Eyni zamanda, mütəxəssis vurğulayıb ki, işlənmiş ət və hazır məhsulların miqdarını minimuma endirmək vacibdir.

Aytəkin TOFİQQIZI

Seçilən
67
1
redaktor.az

2Mənbələr