AZ

İki milyarda metro: 15 stansiya, 32 qatar....

Avtosfer saytından alınan məlumata görə, ain.az bildirir.

Fransanın “Alstom” şirkəti Serbiyanın paytaxtı Belqradda ilk metro xəttinin tikintisi üzrə tenderin qalibi elan edilib.

Avtosfer.az xəbər verir ki, layihənin dəyəri 915 milyon avrodur (təxminən 2 milyard manat). Qiymət bütün işlərin icrasını və texniki dillə desək, açar təhvilini ehtiva edir.

Şirkət birinci xətt üçün 15 stansiyanın tikilməsini, o cümlədən tunellərin qazılmasını icra etməlidir. Bundan başqa, 32 maşinistsiz qatar cütünün çatdırılması, depo və idarəetmə mərkəzinin tikintisi, kibertəhlükəsizlik sisteminin qurulması, işçi heyətin hazırlanması da müqavilə qiymətinə daxildir.

Qeyd edək ki, sosializm dövründə keçmiş Yuqoslaviya rəbərliyi SSRİ-nin köməyi ilə dəfələrlə metro tikintisinə cəhd etsə də, bütün təşəbbüslər yarımçıq qalıb. 2 stansiya üçün qazılmış tunellər sonradan dəmiryollarına verilib.

Vüqar

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
75
avtosfer.az

1Mənbələr