AZ

Qızıl top un qalmqallı qalibi hər gün şərab içir

Lent az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Portuqaliyalı əfsanəvi futbolçu Luiş Fiqu hər gün şərab içdiyini açıqlayıb:

"Mən hər gün şərab içirəm. Şampan və şərab indi daha çox həzz ala biləcəyim içkilərdir”, - Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, Fiqu söyləyib.

O, dadlı yemək və içkilərdən həzz aldığını da etiraf edib: “Yemədiyim tək şey qızardılmış yeməkdir. Mümkün qədər sağlam qidalanmağa çalışıram: çoxlu balıq, tərəvəz və meyvə. Həmişə demişəm ki, məşq etməyimizi və ya fədakarlıq etməyimizi dayandırmağa imkan verən bir həb icad edəcəyəm. Buyurun, bu, dünyanın ən yaxşı ixtirası olardı".

Qanad oyunçusu 2000-ci ildə "Barselona"dan "Real"a mübahisəli keçidi ilə məşhurdur və bu transfer ona "Qızıl top"u da qazandırıb.

 

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
37
lent.az

1Mənbələr