AZ

"Netanyahu Rusiya ilə Ukrayna arasında tarazlıq tapmağa çalışır" - Zelenski

İsrailin Baş naziri Binyamin Netanyahu Moskvanın Tehranın müttəfiqi olmasına baxmayaraq, Rusiya ilə Ukrayna arasında tarazlıq saxlamağa çalışır.

Redaktor.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski N12 televiziya kanalına müsahibəsində Netanyahunun Rusiya Prezidenti Vladimir Putin tərəfdə olub-olmaması ilə bağlı suala cavab verərkən deyib.

Zelenski bildirib: “Məndə belə bir təəssürat yaranır ki, Netanyahu həmişə Rusiya ilə Ukrayna arasında tarazlıq tapmağa çalışır, hətta Rusiyanın İrana kömək etdiyi açıq-aydın olsa belə. O, baş nazirdir və qərarlar qəbul etməlidir”.

Ukrayna lideri qeyd edib ki, bu səbəbdən İsraildə İran dronlarını məhv edə biləcək ukraynalı mütəxəssislər yoxdur.

O vurğulayıb ki, “hər şey İsraildən asılıdır” və əgər “köməyə ehtiyac varsa”, problem açıq şəkildə izah edilməlidir.

Zelenski əlavə edib ki, Ukrayna ilə İsrail arasında qarşılıqlı ehtiyaclar mövcuddur və tərəflər dialoqa hazırdır.

Aminə ŞAHSUVARQIZI

Seçilən
32
1
redaktor.az

2Mənbələr