AZ

Paşinyan yenə baraban başında: "Gəlin, birlikdə öyrənək" - VİDEO

Ermənistanın baş naziri Nikol Paşinyan yenidən qeyri-siyasi fəaliyyəti ilə gündəmə gəlib.

Musavat.com xəbər verir ki, Paşinyan bu dəfə musiqiyə marağını davam etdirərək baraban məşqlərinə başladığını açıqlayıb.

O, sosial şəbəkə hesabında paylaşım edərək səhər saatlarından etibarən baraban çalmağı öyrəndiyini bildirib: “Gəlin bir az da baraban çalmağı öyrənək”.

Qeyd edək ki, Paşinyanın təşəbbüsü ilə yaradılan “Varçabend” (“Varchaband”) adlı rok qrupu artıq bir müddətdir fəaliyyət göstərir.

Qrupun adı ermənicə “varçapet” (baş nazir) və ingiliscə “band” sözlərinin sintezindən formalaşdırılıb ki, bu da siyasi liderin şəxsi brendini musiqi ilə birləşdirməsi kimi qiymətləndirilir.

Baş nazir bu ilin yanvar ayında İrəvanda rok konserti də təşkil edib. Onun bu istiqamətdə aktivliyi Ermənistan daxilində birmənalı qarşılanmır: bəzi dairələr bunu ictimai imic üzərində işləmək cəhdi kimi qiymətləndirir, digərləri isə siyasi gündəmdən diqqəti yayındırmaq üçün atılan addım hesab edir.

Şahanə Rəhimli,
Musavat.com

Seçilən
37
musavat.com

1Mənbələr