AZ

İsrail ordusu “Hizbullah”la döyüşlərdə 4 hərbçisini itirdi

Livanın cənubunda “Hizbullah”a qarşı döyüşlərdə İsrail ordusunun dörd hərbçisi həlak olub, 2-si isə yaralanıb.

Redaktor.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin mətbuat xidməti məlumat yayıb. 

Məlumata görə, dünən yerli vaxtla saat 18:30 radələrində Livanın cənubunda İsrail ordusunun hərbi birləşmələri ilə “Hizbullah” silahlılarından ibarət bir dəstə arasında silahlı qarşıdurma yaşanıb. Yaxın məsafədən gedən bu döyüşdə 4 hərbçi həlak olun, ikisi isə yaralanıb.

“Hizbullah” silahlılarının da çoxlu itki verdiyi bildirilir.

Seçilən
16
3
redaktor.az

4Mənbələr