AZ

Kanadada Aprel döyüşlərinin ildönümü qeyd edilib

Yazını böyüt
Yazını kiçilt

Azərbaycan Respublikasının Kanadada Səfirliyi və Ottava şəhərində fəaliyyət göstərən “Qarabağ” Azərbaycan dili məktəbinin birgə təşkilatçılığı, eləcə də Azərbaycan Diasporuna Dəstək Fondunun dəstəyi ilə 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü və Aprel döyüşlərinin 10-cu ildönümünə həsr olunmuş tədbir keçirilib.

Hafta.az xəbər verir ki, tədbirdə səfirliyin əməkdaşları, diaspora və yerli ictimaiyyət nümayəndələri ilə yanaşı, Ottavada təhsil alan tələbələr də iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan müvəqqəti işlər vəkili Vüsal Süleymanov ermənilərin azərbaycanlılara qarşı müxtəlif dövrlərdə həyata keçirdikləri soyqırımları barədə məlumat verib, Aprel döyüşlərinin Azərbaycan xalqı üçün dərin mənəvi və tarixi əhəmiyyət daşıdığını vurğulayıb.

Daha sonra çıxış edən məktəbin müəllimələri Vüsalə Əhmədova və Ülviyyə Rəhimova xalqımıza qarşı əsrlər boyu davam edən soyqırımı siyasətinin tarixi kökləri barədə danışıb, Aprel döyüşlərinin Azərbaycanın Vətən müharibəsindəki qələbəsinin başlanğıcı olduğunu bildiriblər.

Tədbir zamanı Azərbaycan icmasının üzvlərinin çıxışları dinlənilib, vətənpərvərlik mövzusunda filmlər nümayiş etdirilib.

Seçilən
21
3
hafta.az

3Mənbələr