İran Prezidenti Məsud Pezeşkian bildirib ki, ABŞ-İsrail ilə İran arasında baş verən müharibənin başa çatmasına dair veriləcək qərar “İran xalqının təhlükəsizliyi və maraqlarının təmin olunmasından asılıdır”.
İranın rəsmi xəbər agentliyi IRNA-nın yaydığı məlumata görə, Prezident Pezeşkiyan Nazirlər Kabinetinin iclasında çıxış edib.
Pezeşkiyan qeyd edib ki, “ABŞ və İsrailin İrana hücumları ilə başlayan müharibənin başa çatması ilə bağlı qəbul ediləcək istənilən qərar İran xalqının təhlükəsizliyi və maraqlarının təmin olunmasına bağlıdır”.
O vurğulayıb ki, ordunun göstərdiyi müqavimət və İran xalqının müharibə dövründə nümayiş etdirdiyi milli birlik ölkənin mövcud kritik şəraitdən çıxmasında ən mühüm amillərdən biridir.
Pezeşkiyan ölkənin müxtəlif şəhərlərində, xüsusilə axşam saatlarında keçirilən “rejimə və hökumətə dəstək” aksiyalarına da toxunaraq bildirib: “Xalqın axşam saatlarında toplaşması çox dəyərlidir. İran azad insanlara ilham verir.”