AZ

10 mindən çox Avstraliya vətəndaşı Yaxın Şərqdən geri dönüb

BAKI, 31 mart. TELEQRAF

Avstraliyaya Yaxın Şərqdə vəziyyətin gərginləşməsindən sonra 10 mindən çox vətəndaş birbaşa reyslərlə geri qayıdıb.

Teleqraf xəbər verir ki, bu barədə Avstraliya Xarici İşlər naziri Penni Vonq məlumat verib.

Nazirin açıqlamasına görə, 31 mart tarixinə qədər 4 martdan etibarən 103 birbaşa reyslə 10 372 nəfər ölkəyə gətirilib. Penni Vonq əlavə edib ki, gün ərzində Avstraliyaya daha üç reys gələcək.

O həmçinin qeyd edib ki, hökumət Yaxın Şərqdən vətəndaşların geri qaytarılması üçün tədbirləri davam etdirir. Nazir vurğulayıb ki, regionda sülh danışıqları aparılsa da, vəziyyət qeyri-sabit qalır və sürətlə pisləşə bilər. Bu səbəbdən avstraliyalılara regiondan çıxışlarını təxirə salmamağı tövsiyə edib.

Seçilən
63
teleqraf.com

1Mənbələr