AZ

ABŞ "Lukoil" aktivləri ilə bağlı danışıqlar üçün icazənin müddətini uzadıb

ABŞ Maliyyə Nazirliyi Rusiyanın "Lukoil" neft şirkətinin xarici aktivlərinin satışı ilə bağlı danışıqlar aparmaq üçün lisenziyanın müddətini 1 maya qədər uzadıb.

"Report" xəbər verir ki, bu, 30 martda bu nazirliyin Xarici Aktivlərə Nəzarət İdarəsinin (OFAC) saytında yerləşdirilən ümumi lisenziyanın mətnində deyilir.

Lisenziya əvvəlcə 17 yanvar tarixinə qədər qüvvədə idi və daha sonra 1 aprel tarixinə qədər uzadıldı.

Qurum "Lukoil International GmbH" şirkətinin və onun aktivlərinin satışı, özgəninkiləşdirilməsi və ya köçürülməsi ilə bağlı danışıqlarla bağlı əməliyyatlara icazə verir.

Seçilən
76
far.az

1Mənbələr