AZ

İran XİN rəhbəri: ABŞ qüvvələri regionu tərk etməlidir

BAKI, 31 mart. TELEQRAF

İranın xarici işlər naziri Abbas Əraqçi region ölkələrini ABŞ-nin təhlükəsizliyi təmin edə bilmədiyini qəbul etməyə və Amerika qüvvələrinin Yaxın Şərqdən dərhal çıxarılmasını dəstəkləməyə çağırıb.

Teleqraf xəbər verir ki, bu barədə İran XİN rəhbəri Səudiyyə Ərəbistanına müraciətində bildirib.

Əraqçi "X" sosial şəbəkəsində yazıb ki, İran Səudiyyə Ərəbistanına hörmətlə yanaşır və onu qardaş ölkə hesab edir. Nazir qeyd edib ki, İranın hücumları ərəbləri və iranlıları dəyərləndirməyən, regionun təhlükəsizliyini təmin etməyə qadir olmayan aqressiv düşmənə qarşı yönəlib.

Onun sözlərinə görə, bu baxımdan İranın Fars körfəzi zonasında ABŞ-nin hərbi obyektlərinə endirdiyi zərbələrin nəticələrinə diqqət yetirilməlidir. Əraqmi əlavə edib ki, artıq ABŞ qoşunlarının regiondan sıxışdırılıb çıxarılmasının vaxtı çatıb.

Seçilən
79
teleqraf.com

1Mənbələr