“ABŞ ərəb dövlətlərinin Vaşinqtonun İrana qarşı hərbi əməliyyat xərclərini ödəməsində maraqlıdır”.
APA xəbər verir ki, bunu Ağ Evin mətbuat katibi Kerolayn Livitt deyib.
"Düşünürəm ki, Prezident Donald Tramp onları buna təşviq etməkdə çox maraqlı olardı. Mən onu bu məsələdə qabaqlamayacağam. Amma mən onun bu fikirdə olduğunu dəqiq bilirəm", - Livitt bildirib.
AĞ Ev sözçüsü Trampın məsələ ilə bağlı daha sonra açıqlama verəcəyini deyib.