AZ

İsrail tarixində dönüş: fələstinlilər üçün ölüm hökmü

İsrail parlamenti – Knesset – uzun illərdir tətbiq olunmayan ölüm hökmü ilə bağlı sensasion qərar qəbul edib.

Musavat.com xəbər verir ki, yeni qanuna əsasən, İsrailə qarşı ölümcül hücumlarda təqsirli bilinən fələstinli məhbuslara ölüm hökmü tətbiq oluna bilər.

Məlumata görə, qanun xüsusilə işğal altındakı ərazilərdə fəaliyyət göstərən hərbi məhkəmələrin səlahiyyətlərini genişləndirir. Bu məhkəmələr artıq belə işlər üzrə ölüm hökmü çıxarmaq hüququna malik olacaq və qərarın qısa müddətdə icrası nəzərdə tutulur.

Qeyd edilir ki, bu dəyişiklik bütün məhbuslara şamil edilmir. Qanun əsasən İsrail vətəndaşlarına qarşı ölümcül hücumlarda ittiham olunan fələstinlilərə yönəlib. Bununla yanaşı, bəzi hallarda alternativ cəza kimi ömürlük həbs variantı da saxlanılır.

Yeni qərar beynəlxalq aləmdə ciddi narahatlıq doğurub. Bir sıra hüquq müdafiə təşkilatları və beynəlxalq qurumlar bu addımı insan hüquqlarına zidd və ayrı-seçkilik yaradan qərar kimi qiymətləndirir.

Xatırladaq ki, İsraildə ölüm hökmü faktiki olaraq tətbiq edilmir və ölkə tarixində son edam 1962-ci ildə həyata keçirilib.

Musavat.com

Seçilən
22
1
musavat.com

2Mənbələr