AZ

Abşeron Gənclər Şəhərciyi işıqsız qalıb



Paytaxta yağan aramsız yağışlar Abşeron Gənclır Şəhərciyində ciddi fəsadlara yol açıb.

Newscenter.az xəbər verir ki, yağış sularının binaların zirzəmisinə dolması elektrik enerjisinin təminatında problem yaradıb. Məlumata görə, artıq 3 gündür ki, şəhərcikdəki yüzlərlə mıənzil işıqsız qalıb.

Binaların elektrik enerjisinin təminatının sıradan çıxması su təchizatında da problem yaradıb. Belə ki, su nasosları enerji olmaması səbəbindən işləmir ki, bu da sakinləri susuz qoyub. Sakinlər problemdən çıxış yolunu qohum evlərinə üz tutmaqda görürlər.

Elektrik enerjisinin olmaması şəhərcikdəki iaşə obyektləri, kafe, restoran və marketlərin fəaliyyətində də problemlərlə yol açıb. Bəzi xırda sahibkarlar generatorlar vasitəsilə problemi müvəqqəti də olsa aradan qaldıra bilsə də, lakin belə imkanı olmayan obyektlərin isə fəaliyyəti iflic olub.

Mehman
Seçilən
17
1
newscenter.az

2Mənbələr